Moskva vilayətinə PUA düşüb

   Moskva vilayətinə PUA düşüb
  28 Fevral 2023    Oxunub:754
Moskva vilayətinin Kolominsk rayonuna pilotsuz uçan aparat düşüb.
“UJ-22 Airborne” aparatı qaz kompressor stansiyasının 100 metrliyində yerə çırpılıb. Hadisə nəticəsində dağıntı və xəsarət alanların olmadığını bildirib. Federal təhlükəsizlik xidməti və digər müvafiq orqanlar vəziyyəti araşdırırlar.

Qeyd edək ki, bu gün Rusiyanın Sankt-Peterburq şəhərinin səmasında naməlum uçan obyekt müşahidə edilib. Hadisə ilə əlaqədar şəhərin Pulkovo hava limanına təyyarələrin eniş və qalxışı dayandırılıb. Şəhərin səmasına qırıcılar qaldırılıb. Bir neçə saatdan sonra “Pulkovo” hava limanında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti