Prezidentdən Səhiyyə Nazirliyinə 2 milyon

  10 Aprel 2013    Oxunub : 447
Prezidentdən Səhiyyə Nazirliyinə 2 milyon
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd olunur ki, ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində görülən işlər çərçivəsində səhiyyənin ən prioritet sahələrindən olan ana və uşaqların müalicəsi və reabilitasiyasını həyata keçirən Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə 2 milyon (hər institut üçün 1,0) milyon manat ayrılsın.

Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ayrılan vəsait institutun təmiri və müasir avadanlıqla təchiz olunması üçün nəzərdə tutulub.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Teqlər: