DİN: "Bəxtiyar Hacıyev saxlanılanda üzərində elektron daşıyıcı cihaz olmayıb"

      DİN:    "Bəxtiyar Hacıyev saxlanılanda üzərində elektron daşıyıcı cihaz olmayıb"
  01 Mart 2023    Oxunub:784
Vətəndaş Bəxtiyar Hacıyevin şəxsi məlumatlarının yayılması ilə bağlı iddialar yayılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev mətbuatın sorğusuna aydınlıq gətirib. Bildirib ki, vətəndaş Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinə vəkili ilə birgə dəvət edilib, onun üstündə hər hansı elektron daşıyıcı cihaz - mobil telefon, planşet, kompüter olmayıb, evində və ofisində axtarış aparılmayıb.

Elşad Hacıyev bildirib ki, qeyd olunan məsələlər istintaqın araşdırma predmeti təşkil etməyib: “O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Təkrar olaraq qeyd edim ki, onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik”.

Vətəndaşın şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar – görüntülər və yazışmalarla bağlı suala cavab olaraq şöbə rəisi bildirib ki, bu məlumatların haradan, necə qaynaqlandığı, B.Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub.

Həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti