Məleykə Abbaszadə vətəndaşlarla görüşüb

Məleykə Abbaszadə vətəndaşlarla görüşüb
  10 Aprel 2013    Oxunub:1149
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri cənub bölgəsinin vətəndaşları ilə görüşüb
Bu barədə AzVision.az-a komissiyanın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Masallı şəhərindəki Gənclər Mərkəzində Masallı, Biləsuvar, Cəlilabad və Yardımlı rayonlarının sakinləri ilə görüşüb, onların müraciətlərini dinləyib.

Ümumilikdə qəbulda 50-dən çox vətəndaş iştirak edib.

Görüşə gələnlərin müraciətləri, əsasən, TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə baglı olub.

Həmin müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi, aidiyyəti qurumlara çatdırılması və nəzarətə götürülməsi üçün qeydiyyata alınıb.

Qəbula gələnlər, eyni zamanda cənub bölgəsində təhsilin səviyyəsi, bu sahədə mövcud olan problemlər, buraxılış və qəbul imtahanlarina dair məsələlərlə bağlı da istəklərini bildiriblər.

Qəbul saat 10:30-dan başlanıb və 17:00-dək davam edib.

Qeyd edək ki, TQDK sədri Məleykə Abbaszadə aprelin 11-də Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarının sakinləri ilə görüşəcək.


Teqlər:





Xəbər lenti