“Bir ay da səbr edin, cənab Quterreş!” – Ədalət Verdiyevin müraciəti

   “Bir ay da səbr edin, cənab Quterreş!” –    Ədalət Verdiyevin müraciəti
  03 Mart 2023    Oxunub:3022
BMT-nin başsız katibi Quterreş ayda-ildə bir dəfə dili açılıb nəsə deyib, onda da özünün və dünyanın ən böyük təşkilatının nüfuzunu kanalizasiya səviyyəsinə endirib. Quterreş 25 fevralda bidirib: "Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yoluna aid qərarları məcburidir".
Dünyanın ən nüfuzlu təşkilatını görün, kimlər idarə edir... BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal çıxarılmasına dair dörd qətnaməsinin 28 il yerinə yetirilmədiyinə görə bir dəfə də olsun səsini çıxarmayan Quterreşin lal dili məsələ erməni maraqlarına gəlincə, dərhal açılıb.

Açıq-aşkar erməni separatizmini dəstəkləyən Quterreş və onun kimilərin nəzərinə bəzi detalları çatdırmağı özümə borc bilirəm:

1. Laçın yolu humanitar yüklər üçün daim açıqdır. Aksiyaların keçirildiyi müddətdə 3000-ə qədər yük maşını dəhliz vasitəsilə humatar yük daşıyıb.

2. Azərbaycanlı fəallar da yolun açılması və ərazilərimizə sərbəst daxil olmaq üçün aksiya keçirirlər.

3. Quterreşin dalağının daha bərk sancması üçün Laçın yolunda nəzarət-keçid məntəqəsi də quraşdırılacaq ki, bu da ərazilərimizə aidiyyəti olmayan şəxslərin, silahların, sursatların və hərbi texnikaların daşınmasının qarşısını tamamilə alacaq.


4. Ermənistanın sizin kimi beyinsizlərin verdiyi bəyanatlardan cəsarətlənərək törədəcəyi istənilən təxribat isə fərari ordusunun şəxsi heyət, texnika və ərazi itkisi ilə nəticələnəcək.

5. Əsgərimizin qanı-canı bahasına azad edilən hər qarış ərazidən isə, harada yerləşməsindən asılı olmayaraq, Ordumuz heç vaxt geri çəkilməyəcək.

6. Yaxşı olardı ki, mənasız bəyanatlarla onsuz da darmadağın olan erməni ordusunun sıfırlanmasına çalışmayasınız. Azərbaycan istənilən ssenariyə hazırdır. Bunu dünyada bilməyən yoxdur.

7. Cənab Quterreş, cəmi 1 ay səbr edin, apreldə dağlarda qar əriməyə başlayacaq və hamı, o cümlədən BMT erməni ordusunun və separatçıların dərd-qəminin həndəsi silsilə ilə artacağını müşahidə edəcək.

Amma sussanız, aranı qarışdırmasanız, indi qalib Azərbaycanın, gələcəkdə isə fərarilərin təhqir və tənqir hədəfi olmayacaqsınız.

P.S. Əgər BMT TŞ-nin yerinə yetirməyə cəsarəti çatmadığı başqa qərarları varsa, Quterreş Azərbaycan Əsgərinə yazılı müraciət etsin.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər: Laçın-yolu  





Xəbər lenti