Binəqədidəki partlayış bu səbəbdən baş verib

   Binəqədidəki partlayış bu səbəbdən baş verib
  04 Mart 2023    Oxunub:1098
Fövqəladə Hallar Nazirliyi təkərdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.
FHN-dən AzVision.az -a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən təkər təmiri sexində partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xə Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 32 m² olan təkər təmiri sexində kustar üsulla hazırlanmış hava kompressorunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Partlayış dalğasının təsirindən sexin dam örtüyü dağılıb. Sexdə işləyən 1 nəfər aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində həlak olub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti