Polşalı həkimlər Saakaşviliyə baş çəkməyə hazırlaşır

   Polşalı həkimlər Saakaşviliyə baş çəkməyə hazırlaşır
  05 Mart 2023    Oxunub:677
"Aİ ölkələrinin səfirlərinin demarşından sonra Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin yanına polşalı həkimlərin dəvət edilməsi ilə bağlı bəyanat əsassızdır". Bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
Saakaşvilinin vəziyyətini qiymətləndirmək üçün polşalı həkimlərin gəlməsi barədə onun vəkilləri məlumat verib. Bu arada Polşa mətbuatında Polşadan həkimlərin gəlməsinin yalnız Aİ səfirlərinin Ədliyyə Nazirliyinə demarşı təhvil verməsindən sonra mümkün olması barədə məlumatlar yayılıb.

"Hələ noyabrın 29-da ədliyyə naziri həbsdə olan Mixail Saakaşviliyə istənilən xarici klinikadan həkim gətirməyi təklif edib", - məlumatda deyilir. Ədliyyə Nazirliyi bir daha idarə rəisi Rati Breqadzenin sözlərini təkrarlayıb ki, dövlət Saakaşvilinin müalicəsini təmin etməkdə maraqlıdır və onun müalicəsi üçün istənilən xarici klinikadan istənilən həkimin gəlməsini təmin etməyə hazırdır.

Vivamedi klinikasının həkimləri eks-prezidentin arıqlaması və yaxşı yeməkdən imtina etməsi səbəbindən səhhətinin pisləşdiyini açıqlayıb. Keçən həftə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski və İsveçin səfiri Ulrik Tidestrom keçmiş prezidentin səhhətinin pisləşməsindən narahat olaraq Aİ-yə üzv ölkələrin rəsmi demarşını Ədliyyə Nazirliyinin rəhbərinə təhvil veriblər. Gerçinskinin sözlərinə görə, Aİ-yə üzv olan 27 ölkənin hamısı Brüsseldə bu demarşla razılaşıb.

Saakaşvilinin vəkilləri və tərəfdarları onun səhhətinə görə azadlığa buraxılmasında israrlıdırlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti