İsrail "Dəmir Şüa" döyüş lazerini istifadəyə verir
![İsrail "Dəmir Şüa" döyüş lazerini istifadəyə verir İsrail "Dəmir Şüa" döyüş lazerini istifadəyə verir](https://azvision.az/photos/2023/03/Screenshot_6-1678102417.jpg)
"2025-ci ildə biz ilk sistemi İsraildə yerləşdirməyi planlaşdırırıq. Bu, ola bilsin ki, dünyanın ilk operativ yüksək enerjili lazer sistemi olacaq", - konsernin yönləndirilmiş enerji silahları üzrə biznesin inkişafı üzrə direktoru Eli Drori bildirib.
Qeyd olunur ki, lazeri yerləşdirmək üçün İsrail bir sıra texniki və konseptual məsələləri həll etməlidir.
"Biz istehlakçı ilə razılığa gəldik ki, reaktiv təyyarələri uzaq məsafədən vura bilən lazer istehsal etməyə çalışmayacağıq",- Drori deyib.
Qeyd edək ki, İsrailin "Dəmir Şüa" adlanan raketdən müdafiə lazeri təxminən bir il əvvəl sınaqdan keçirilib. Hər bir quraşdırma iki lazerli bir elementdən və soyuducu ilə batareyadan ibarətdir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: