Prezident fərman verdi

Prezident fərman verdi
  11 Aprel 2013    Oxunub:1286
Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış “Neft və Qaz üzrə Hökumətlərarası Şuranın ləğv edilməsi haqqında Protokol”un təsdiq edilməsi barədə fərman verib.
Fərmanda bildirilir:

1. 2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış “Neft və Qaz üzrə Hökumətlərarası Şuranın ləğv edilməsi haqqında Protokol” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.


Teqlər:  





Xəbər lenti