Maskla bağlı yeni iddia: "Tualetə mühafizəçi ilə gedir, ofis bitkilərini satır"

      Maskla bağlı yeni iddia:    "Tualetə mühafizəçi ilə gedir, ofis bitkilərini satır"
  07 Mart 2023    Oxunub:825
"Twitter"in keçmiş və indiki əməkdaşlarının dərc etdiyi yeni hesabatda maraqlı iddialar səsləndirilib. Həmin iddialardan biri də İlon Maskın şirlət işçilərinə etibar etmədiyi üçün hətta mühafizəçilərlə birlikdə tualetə getməsidir.
AzVision.az xəbır verir ki, hesabat BBC-də yayımlanıb.

Açıqlaması dərc olunan bir mühəndis kənardan şirkətin yaxşı gprsəndiyi, amma daxildəki biri üçün yanan bina olduğunu qeyd edib.

Hesabata görə, nifrət artıb, trollar isə daha azad və aktivdir. Mizojinistik və təhqiramiz profilləri izləyənlərin sayı 69 faiz artıb.

Adı açıqlanmayan başqa bir mühəndis Maskın Twitter işçilərinə etibar etmədiyi üçün qəribə davrandığını deyib.

O, ofisdə hara gedirsə ən azı iki cangüdəni ilə hərəkət edir. "O, çox yöndəmsiz, uzunboyludur. Hollivud filminin mühafizəçiləri onu tualetə qədər izləyirlər".

İddialar arasında İlon Maskın bütün təmizlik və yemək hazırlayan işçiləri işdən çıxardığı və işçilərə ofis bitkilərini satmağa çalışdığı da yer alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti