Əhalinin sayını necə artırmaq olar? - EKSPERT
Əhalinin təbii artımı ilə bağlı məsələyə toxunan ekspert hesab edir ki, Azərbaycan üçün təbii artımın qorunub saxlanması və ən azı müstəqilliyin ilk illəri səviyyəsini çatdırılması olduqca vacibdir.
“Aydındır ki, indi ailədə uşaqların optimal sayına münasibət keçmiş ittifaq dövründə olduğu kimi eyni deyil. Bunun kifayət qədər obyektiv və psixiloji səbəbləri var. Məhz bu səbəblər yerləşdiyimiz regionda və hətta bütün MDB ölkələri üzrə təbii artımın azalmasına səbəb olub. İqtisadi faktorlar ilə yanaşı psixiloji və zamanla dəyişən dəyər səbəblər də təbii artımın aşağı düşməsində az rol oynamır.
Təbii ki, bu artım daha çox iqtisadi məsələdir. Əgər orta əsrlərdə daha çox uşaq daha çox işçi qüvvəsi anlamına gəlirdisə indi çox ailə üzvü çox xərcdir. Yəni, ailədə uşaqların sayının çox olması artıq ailə büdcəsində gəlir deyil, xərc yaradır. Təbii artımda maraqlı olan dövlətlər isə məhz həmin xərci qarşılamalıdırlar ki, ailələr artımda maraqlı olsunlar. Digər tərəfdən, təbii artım işçi qüvvəsinə olan tələbatın ödənilməsi baxımdan da əhəmiyyətlidir. Əslində, təbii artımın zəif olması səbəbindən hal-hazırda bir sıra inkişaf etmiş ölkələr işçi qüvvəsinə olan tələbin ödənilməsi üçün xaricdən əmək miqrantların gəlməsinə şərait yaradırlar”.
Bəs, təbii artımın stimullaşdırılması üçün nələrin edilməsin ehtiyac var?
V.Bayramov qeyd edib ki? İqtisadi və Sosial İnkişaf Mərkəzinin bu sahədə araşdırdığı fərqli ölkələrin təcrübəsi göstərir ki, təbbi artımın dəstəklənməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var.
“Əvvəlla, Norveç və bir sıra digər inkişaf etmiş ölkələrdə olduğu kimi uşaqların sayına uyğun olaraq gəlir vergisindən azad edilmə prinsipinin tətbiqi həyata keçirilə bilər. Belə ki, bu ölkələrdə ailədə uşaqları sayı 3 və daha artıqdırsa o zaman valdeynlər gəlir vergisi ödəməkdən azad edilirlər. Bu isə ailədə uşaqların sayının artırılması üçün stimul yaradır. Çünki, bu halda çox uşaq çox xərc anlamına gəlmir. Vergi ödəməməkdən əldə edilən qənaət uşağın xərclərinə yönəldilir.
İkincisi, Ruminiya və bir sıra Mərkəzi Avropa ölkələrində olduğu kimi uşaqların sayı çox olan ailələrə aşağı faizli və uzun müddətli kreditlər o cümlədən güzəştli ipoteka krediti təklif edilə bilər. Bu zaman, çox uşaqlı ailə simvolik faizlı kredit götürərək hətta özünə biznes belə yaratmaq imkanına malik olur.
Üçüncüsü, əksər Cənubi- Şərqi Asiya ölkələrində olduğu kimi ailədə uşaqların sayına uyğun olaraq pensiyaya çıxma yaşı müəyyənləşdirilə bilər. Uşaqların sayı 3-dən artıq olduğu halda dünyaya gələn hər bir körpəyə görə valdeynlərin pensiya yaşı azaldıla bilər. Məsələn, 3 uşaqlı ailədə ata pensiyaya 63 yaşında deyil 61, ana isə 59.5 deyil 57.5 yaşında çıxma hüququ verilə bilər. Uşaqların sayı 4 olduqda isə daha 2 il azaldıla bilər. Uşaqların sayı 5-dən çox olduqda isə bu saydam çox olan hər körpəyə qədər pensiya yaşı azaldılması 1 il müəyyənləşdirilə bilər.
Dördüncüsü, Rusiya və hətta neftlə zəngin əksər Yaxın Şərq ölkələrində olduğu kimi uşaq doğulan zaman verilən birbaşa müavinatın məbləği yüksək müəyyənləşdirilə bilər. Verilən vəsait uşağın adına açılmış hesaba köçürülür və valdeyn həmin vəsaitin 1/3-dən istifadə etmək hüququ olur. Qalan vəsaitdən isə uşaq böyüdükdən sonra özü sərbəst istifadə edir. Bu zaman, hər bir uşaq doğulan zaman 5 min manat birdəfəlik yardımın edilməsi və onun 66 faizinin depozit kimi uşağın gələcəkdə təhsil və digər məqsədlər üçün istifadə edilməsinə sərf edilə bilər.
Göründüyü kimi, təbii artımın stimullaşdırılması üçün tətbiq edilən stimullaşdırıcı metodların əksəriyyəti birbaşa deyil dolayı yardımları nəzərdə tutur. Deməli, bunlar dövlət üçün birbaşa ciddi xərclər yaratmasa ölkədə təbii artımı təşviq etmiş olur.
AzVision.az
Teqlər: