Misirli politoloq: "Azərbaycan Asiya və Şərqi Avropada mühüm dövlətlərdən birinə çevrilib"
Misirli politoloq əlavə edib: “Azərbaycan qısa zamanda Asiyada və Şərqi Avropa regionunda mühüm dövlətlərdən birinə çevrilib və böyük nüfuza malikdir. Paytaxt Bakı isə dünyanın ən gözəl şəhərlərindən biridir. Bu ölkə ilə əlaqələrin inkişafı Misir üçün çox əhəmiyyətlidir. Prezident Əs-Sisi Misirin Azərbaycana səfər edən ilk dövlət başçısı oldu. O, bu səfər zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə dünyaya sülh mesajları verdi”.
Əl-Muslumani vurğulayıb ki, rəsmi Qahirə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına töhfə verməyə hazırdır və Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar çərçivəsində diplomatik səyləri dəstəkləyir.
AzVision.az
Teqlər: