Gürcüstandakı aksiyalarda 66 nəfər saxlanılıb

   Gürcüstandakı aksiyalarda 66 nəfər saxlanılıb
  08 Mart 2023    Oxunub:745
Gürcüstanda xarici agentlər haqqında qanuna etiraz olaraq keçirilən etiraz aksiyasında 66 nəfər saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, DİN-in 50-yə yaxın əməkdaşı xəsarət alıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq faktı ilə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti