DSX rəhbərliyi şəhid ailələrini ziyarət edib

DSX rəhbərliyi şəhid ailələrini ziyarət edib
  08 Mart 2023    Oxunub:657
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət edib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzVision.az -a bildirilib ki, şəhid analarına və xanımlarına Xidmət rəisi general-polkovnik Elçin Quliyevin təbriki çatdırılıb, əlamətdar gün münasibətilə xatirə plaketi, gül dəstələri və ailə üzvlərinə bayram hədiyyələri təqdim edilib.

Keçirilmiş tədbirlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinin və müharibə əlillərinin sosial təminatı məsələləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olması xüsusi vurğulanıb.

Torpaqlarımızın erməni işğalından azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan sərhədçilərinin döyüş yolu və qəhrəmanlıqları haqqında danışılmış, onların xatirəsinə hörmət və ehtiramın hər kəsin müqəddəs vəzifəsi olduğu, qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olacağı bir daha qeyd edilib.

Vətənin azadlığı uğrunda və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş sərhədçilərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edərək, ailələrinin ziyarət edilməsinin dövlətimizin şəhidlərə olan ehtiramının bariz nümunəsi olduğunu bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti