Daşkəsən polisindən şəhid ailələrinə 8 Mart ziyarəti - FOTOLAR

Daşkəsən polisindən şəhid ailələrinə 8 Mart ziyarəti -    FOTOLAR
  08 Mart 2023    Oxunub:859
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrini ziyarət edib
AzVision.az xəbər verir ki, polis əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın qadın ailə üzvlərini təbrik ediblər.

Polis əməkdaşları gətirdikləri hədiyyələri onlara təqdim edib, qayğıları ilə maraqlanıblar.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.





AzVision.az


Teqlər:



Xəbər lenti