Alimlərdən XƏBƏRDARLIQ: Pəhriz psixi pozğunluq yaradır

      Alimlərdən XƏBƏRDARLIQ:    Pəhriz psixi pozğunluq yaradır
  08 Mart 2023    Oxunub:791
Həkimlər müəyyən ediblər ki, erkən yaşda pəhrizə oturan qadınlarda qidalanma pozğunluğu və alkoqolizm riski artıb.
Florida Universiteti alimlərinin apardığı araşdırmada 1340 könüllü iştirak edib.
Təcrübələr göstərib ki, qadınlar öz üzərində yaşadıqları güclü sosial təzyiqə görə arıqlamaq üçün pəhrizə müraciət ediblər. Məlum olub ki, bəzi qadınlar erkən yaşlarından pəhriz saxlamağa başlayıblar. Könüllülərin əksəriyyəti 25-26 yaş aralığında olub.


Tədqiqatın müəllifi professor Pamela Keel erkən pəhriz təcrübələri ilə problemlərin hətta kollec bitirdikdən 10 il sonra ortaya çıxdığını, pəhrizin mənfi təsirinin uzunmüddətli olduğunu iddia edib.


Bu cür sapmaların qarşısını almaqla, qida, spirt və çəki artımı ilə bağlı gələcək problemlərin inkişafının qarşısını almaq olar. Mütəxəssislər sağlam həyat tərzinə ibtidai məktəbdən başlayaraq fiziki fəaliyyət və düzgün qidalanmanı (meyvə və tərəvəz bolluğu) məsləhət görüblər.


Teqlər:





Xəbər lenti