İran və Türkiyə nazirləri Çində görüşdü

İran və Türkiyə nazirləri Çində görüşdü
  21 May 2014    Oxunub:1171
İran və Türkiyənin xarici işlər nazirlərinin Çində ikitərəfli görüşü baş tutub
İran və Türkiyənin xarici siyasət rəhbərləri Məhəmməd Cavad Zərif və Əhməd Davudoğlu Çində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı çərçivəsində görüşüblər.

Görüşdə İran və Türkiyə arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, regionda vəziyyət və beynəlxalq problemlərin həlli məsələləri müzakirə olunub.

Xatırladaq ki, bundan öncə Ə.Davudoğlu və M.C.Zərif İran-Türkiyə-Azərbaycan XİN rəhbərlərinin üçtərəfli toplantıları çərçivəsində görüşüblər.

Qeyd edək ki, Çinin Şanxay şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında Azərbaycan, Rusiya, Orta Asiya ölkələri və digər dövlətlərin başçıları və XİN rəhbərləri iştirak ediblər.

Səbinə



Teqlər:





Xəbər lenti