Avropada qazın qiyməti ilk dəfə 450 dollardan aşağı düşüb

   Avropada qazın qiyməti ilk dəfə 450 dollardan aşağı düşüb
  09 Mart 2023    Oxunub:836
Avropada qazın qiyməti martın 9-da keçirilən hərracda hər min kub metr üçün 450 dollardan aşağı satılıb. Bu, qazın qiymətinin 27 iyul 2021-ci ildən bəri ilk dəfə aşağı gğstəricisidir.
AzVision.az xəbər verir ki, bu barədə "ICE London" Fond Birjasının məlumatında deyilir.

Beləliklə, TTF indeksi üzrə aprel fyuçersləri min kubmetr üçün 447,3 dollardan başlayıb. Bu, əvvəlki ticarət gününün hesablaşma qiymətindən 3,2% azdır. Ötən gün qazın hər min kubmetri üçün 461,9 dolalr ödəniib.

Bundan əvvəl Amerikanın "Exxon Mobil" enerji şirkətinin vitse-prezidenti Piter Klark bildirmişdi ki, yeraltı anbarlarda (UGS) qaz ehtiyatlarının yüksək olmasına baxmayaraq, Avropa ölkələri növbəti qış isitmə mövsümündə çətinliklərlə üzləşə bilər. Buna səbəb bölgədə kəskin soyuq və əlverişsiz hava şəraiti ola bilər.

Öz növbəsində, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib ki, ötən yay Rusiya tədarükünün azalması səbəbindən Avropanın qaz və elektrik ödənişləri 300% artıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti