Rişi Sunak: "Azərbaycanın yaşıl enerji istehsalı təşəbbüsü çox vacibdir"

Baş nazir xatırladıb ki, Britaniya ekspertləri Azərbaycanın azad edilən ərazilərində minaların təmizlənməsinə kömək göstərirlər. Rişi Sunak məktubunda, həmçinin vurğulayıb: “Biz azadlığı uğrunda mübarizə aparan ölkələrə kömək etməliyik”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
AzVision.az
Teqlər: