Hollivud ulduzu həyat yoldaşını güllələdi - VİDEO

Hollivud ulduzu həyat yoldaşını güllələdi - VİDEO
  21 May 2014    Oxunub:1050
Məşhur amerikalı aktyor Maykl Ceys həyat yoldaşını öldürməkdə günahlandırılır.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən bildirib.

“Forest Qamp”, “Buqi tərzində gecələr” filmlərinin, “Qalxan”, “Mentalist”, “C.S.I. cinayət yeri”, “Təcili yardım” seriallarında rol alan51 yaşlı aktyor artıq öz günahını etiraf edib.

Aktyorun 9 ildən çox birgə yaşadığı 40 yaşlı yoldaşı Los-Ancelesdə yerləşən evində ölü vəziyyətdə aşkarlanıb. Bu zaman evdə olan Ceysi polislər həbs ediblər.

Hadisə haqqında danışan Los-Anceles şəhərinin polis idarəsinin mətbuat katibi vurğulayıb: “Hər şey tərəflər arasında adi mübahisədən başlayıb. Daha sonra qonşular atəş səsi eşidərək polisləri hadisə yerinə çağırıblar”.



Sonradan məlum olub ki, hadisə zamanı cütlük evdə olmayıb. Qətl hadisəsi onların iki azyaşlı körpəsinin gözləri önündə baş verib.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti