Bakıda silahlı insidentlə bağlı üç nəfər saxlanıldı

 Bakıda silahlı insidentlə bağlı üç nəfər saxlanıldı
  10 Mart 2023    Oxunub:2816
Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır:

"Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək".
***
Nəsimi rayonu, Səməd Vurğun küçəsində iki nəfəri güllələyən şəxs müəyyən olunub.

DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

***
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində 2 nəfər xəsarət alıb.

Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur. Onlar xəstəxanaya çatdırılıb.

***

Bakıda silahlı insident olub.

Məlumat AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib. Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə əməliyyat qrupu cəlb edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

AzVision.az


Teqlər: Bakı   Silah  





Xəbər lenti