DYP moped sürücülərinə müraciət edib

DYP moped sürücülərinə müraciət edib
  11 Mart 2023    Oxunub:1326
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) moped sürücülərinə müraciət edib.
İdarənin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, son vaxtlar əksər insanlar moped sürücülərindən şikayət edir. Belə ki, moped sürücüləri tıxaclarda təhlükəli manevrlər edir, heç bir təhlükəsizlik avadanlıqlarından istifadə etmir, yol hərəkəti qaydalarını bəzən kobud şəkildə pozurlar.

Moped sürücülərinin çoxu kuryer xidməti ilə məşğul olur. Hər zaman harasa tələsən bu sürücülər bəzən həm öz həyatlarını, həm də digər sürücülərin həyatlarını təhlükə altında qoyurlar. Belə hallar isə sonda ölüm və xəsarətlə nəticələnə bilir.

“Bir daha moped sürücülərindən tələb edirik ki, mopedlərdən istifadə zamanı təhlükəsizlik avadanlıqlarından (dəbilqə və s.) istifadə etsinlər, yolda onlar üçün müəyyən olunan hissədə hərəkət etsinlər, kobud qayda pozuntularına yol verərək nə özləri, nə də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar”, -deyə şöbə rəisi bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti