Gəncədə arvadını öldürən kişi tutuldu - YENİLƏNİB

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a məlumatı təsdiq ediblər.
***
Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyiti aşkar olunub. Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, ilkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Təfərrüatlar barədə əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər: