İran-Azərbaycan sərhədində əməliyyat keçirilib

Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 980 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Bundan başqa, mart ayının 14-ü saat 05:30-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Ərçivan kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxslərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.
Aparılan əməliyyat tədbirləri nəticəsində 99-DK-727 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtombillə ərazidən uzaqlaşmağa cəhd edən Bakı şəhər sakinləri - Həsənov Kamil İlyas oğlu və Mirzəyev Novruz Tofiq oğlu saxlanılıblar.
Avtomobilə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 18 kiloqram 150 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
AzVision.az
Teqlər: