Paytaxtdan top və minaatan mərmilər tapılıb

Paytaxtdan top və minaatan mərmilər tapılıb
  11 Aprel 2013    Oxunub:1999
Binəqədi rayonunda istifadəyə yararlı olan 1 ədəd 100 millimetrlik top mərmisi (döyüş başlıqsız), 1 ədəd 122 millimetrlik top mərmisi (döyüş başlıqlı), 1 ədəd 82 millimetrlik minaatan mərmisi (döyüş başlıqlı) və 25 ədəd istifadəyə yararsız PQ 7 atımlarının hissələri tapılıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə lazımi təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd 100 millimetrlik top mərmisi (döyüş başlıqsız), 1 ədəd 122 millimetrlik top mərmisi (döyüş başlıqlı), 1 ədəd 82 millimetrlik minaatan mərmisi (döyüş başlıqlı) və 25 ədəd istifadəyə yararsız PQ 7 atımlarının hissələridir. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Əraziyə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 21:50-də başa çatıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti