Çində partlayışlar: 31 ölü - VİDEO

Çində partlayışlar: 31 ölü - VİDEO
  22 May 2014    Oxunub:998
Çinin Urumçi şəhərində partlayışlar törədilib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 31 nəfər ölüb.
Hadisə türklərin kompakt yaşadığı Sintszyan-Uyğur Muxtar Rayonunda baş verib. Yerli vaxtla 73:50 radələrində iki avtomobil Jenmin parkı yaxınlığında bazara daxil olub. Bundan sonra naməlum şəxslər avtomobillərdən insanlara partlayıcı qurğular atmağa başlayıb, avtomobillərdən biri partlayıb.

Polisin məlumatına görə, hücum nəticəsində ən azı 31 nəfər ölüb, 90 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Hazırda hadisə yerində araşdırmalara başlanılıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti