Zaqatalada arvadını öldürən kişi təslim olub

Zaqatalada arvadını öldürən kişi təslim olub
  17 Mart 2023    Oxunub:1040
Zaqatalada arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim olub.
Bu barədə AzVision.az -a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, martın 17-si saat 09 radələrində 1989-cu il təvəllüdlü Firəngiz Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb. Fakta görə Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti