Morninqstarın `star`ı sönə bilər

Morninqstarın `star`ı sönə bilər
  22 May 2014    Oxunub:1472
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın verdiyi açıqlamalar Rəsmi Bakıda kəskin etiraz doğursa da, bu, işin hamısı deyil. Həmin müsahibə ilə əslində səfir özünü pis vəziyyətə salıb.

Onun fikirləri birbaşa Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Morninqstar Diplomatik xidmət haqqında Vyana Konvensiyasını (1962-ci il) kobud şəkildə pozub.

Bundan sonra yəqin ki, hansı ölkədə olsa da, səfirin bi səhvi tez-tez ona xatırladılacaq. Və o, `olduğu ölkənin daxili işlərinə qarışan xüsusi təyinatlı səfir` siyahısına düşəcək. Belə səfirləri isə heç yerdə sevmirlər. Və hər bir ölkənin rəhbərliyi elə diplomatlara ən azı şübhə ilə yanaşır. Hesab edirlər ki, onlar, heç də yalnız diplomat deyillər.

Ona görə də, Azərbaycana qarşı qapını çırpanda Miorninqstar əslində özünə də quyu qazıb. Məsələ bundadır ki, Morninqstarın dediklərindən Azərbaycana heç nə olmayacaq, amma onun öz starı sönə bilər.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti