"Xanoba" gömrük postu istifadəyə verilib

   "Xanoba" gömrük postu istifadəyə verilib
  17 Mart 2023    Oxunub:2594
Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsi yenidən inşa olunub.
Martın 17-dən etibarən gömrük-keçid məntəqəsinin tam istifadəyə verilib. Bu münasibətlə təşkil olunan açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digər rəsmi şəxslər iştirak ediblər.

Nümayəndə heyətinin üzvləri əvvəlcə Xaçmaz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Azərbaycan və Rusiyanın hökumət nümayəndələri “Samur”, "Yaraq-Qazmalar” gömrük-keçid məntəqələrinə baxış keçirib, sonra “Xanoba” gömrük-keçid məntəqəsinin açılışı olub.

"Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında imzaladığı Sərəncama əsasən aparılıb.

Postda gömrük rejimi zonası, idxal-ixrac nəzarət xətləri, eləcə də inzibati bina inşa olunub, gömrük postu ən müasir avadanlıqlarla təchiz edilib.

"Xanoba" gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan- Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti