Qanunsuz balıq ovu ilə məşğul olduğu üçün saxlanıldı

Qanunsuz balıq ovu ilə məşğul olduğu üçün saxlanıldı
  18 Mart 2023    Oxunub:1189
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, polis və Şirvan Milli Parkının əməkdaşları tərəfindən Şirvan kanalının Neftçala rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı sintetik tordan istifadə etməklə balıq ovu ilə məşğul olan rayonun Yeniqışlaq kənd sakini Taleh Məmmədov saxlanılıb.

Həmin şəxsdən bir ədəd mühərriklə təchiz edilmiş taxta qayıq, uzunluğu 10 metrdən artıq olan sintetik tor və qanunsuz olaraq ovlanmış 31 ədəd külmə balığı aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1023 manat miqdarında zərər vurması müəyyən edilib.

Faktla bağlı T.Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti