“Kaşaqan” neftinin Aktau-Bakı marşrutu ilə nəqlinə başlanıldı
Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib.
İlk partiyada tankerin anbarlarına ümumilikdə 6 900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal” terminalına çatdıracaq.
Martın əvvəlində bildirilmişdi ki, Qazaxıstanın “KazTransOil” şirkəti bu ay “Kaşaqan” yatağından hasil edilən 7 min ton nefti Azərbaycan ərazisindən tranzitlə tədarük edəcək.
“Kaşaqan” yatağının neftinin daşınması ilə Yaponiyanın “INPEX North Caspian Sea” şirkəti məşğul olur. Bu şirkət Azərbaycanda “Azəri-Çıraq-Günəşli”də və əsas ixrac neft kəməri Bakı-Tbilisi-Ceyhanda paylara malikdir.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ümumi yükgötürmə qabiliyyəti 7 800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.
AzVision.az
Teqlər: