Azərbaycanda benzin istehsalı azalıb

Azərbaycanda benzin istehsalı azalıb
  20 Mart 2023    Oxunub:1429
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 3,7 faiz azalıb.
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ümumilikdə, qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 646,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz azalıb.

Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 50,6 faiz, neft koksunun istehsalı 12,8 faiz artıb, qazoylların (dizel yanacağının) istehsalı 0,6 faiz, ağ neft istehsalı 7,5 faiz, neft bitumu istehsalı 47,1 faiz, mazut istehsalı isə 90,8 faiz azalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti