Tağı Əhmədovu işdən çıxara bilmirlər - İDDİA

   Tağı Əhmədovu işdən çıxara bilmirlər    - İDDİA
  21 Mart 2023    Oxunub:1612
“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov kafedra müdiri olduğu Azərbaycan Memarlıq və İnşaat Universitetində səhhətindəki problemlərlə bağlı altı aydır işə çıxmır.
AzVision.az xəbər verir ki, bununla bağlı Yenisabah.az saytı məlumat yayıb.

Universitet əməkdaşının sözlərinə görə, mövcud qeyri-müəyyənlik universitet rəhbərliyini də narahat edir. T.Əhmədovun işə çıxmaması kafedrada işlərin axsamasına səbəb olub. Buna görə də rəhbərlik iki dəfə T.Əhmədova vəzifəsindən istefa verməyə təklif edib. Amma o, həmişə bu təklifi qulaqardına vurub.
Xatırladaq ki, T.Əhmədov onurğa-beyin iltihabından əziyyət çəkir və əlil arabasına möhtac qalıb.

Qeyd edək ki, Tağı Əhmədov ömrünün ahıl çağında əlil arabasına möhtac qalıb. Fikrimcə onu işdən çıxarıb psixoloji təsir etmək əvəzinə, dərslərinin onlayn keçirilməsinə, ümumiyyətlə, fəaliyyətini onlayn davam etdirməsinə şərait yaratmaq lazımdır.

AzVision.az



Teqlər: Kafedra-Müdiri  





Xəbər lenti