
Ordumusuz uğurlu "mövqe dəqiqləşdirməsi" nəticəsində Xocalı rayonunun Fərrux kəndində və ətraf strateji yüksəkliklərdə mövqe qurmuş Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin tör-töküntülərinin bir qismi ərazidən sıxışdırılaraq çıxarıldı, digəri elə yerindəcə məhv edildi.

Nəticə etibarilə Azərbaycan Silahlı Qüvvələri həm Ağdam-Əsgəran-Xocalı, həm də Kəlbəcər istiqamətinə aparan strateji yüksəklik silsilələrini və mühüm yol infrastrukturunu nəzarətə götürərək, hərbi təyinat üçün daha da inkişaf etdirdi. Parallel olaraq, mövqelənmə və istehkam işlərinə start verildi.

Effektiv manevr sayəsində separatçıların ərazi üzrə bütün hərəkətləri məhdudlaşdırılaraq, Fərrux platosuna aparan qısa dağ keçidləri bağlanıldı, mühüm yaşayış məntəqələri istiqamətində isə vizual nəzarət təşkil olundu.

Fotoların köməyilə Fərrux yüksəkliyindən vizual nəzarətimizdə olan istiqamətlərə nəzər salmaq və 24-28 mart 2022-ci ildə keçirilən xüsusi əməliyyatın taktiki və ən əsası, strateji əhəmiyyətini dərk etmək mümkündür. Bu kadrların hər biri Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyük rəmzi, gələcək planlarının təzahürüdür.

Bu materialı da qaçırmayın: Suyun yolu: Xaçınçay anbarını nəzarətə götürməyimizdən bir il keçir – FOTOLAR


Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün