Suyun yolu: Xaçınçay anbarını nəzarətə götürməyimizdən bir il keçir – FOTOLAR
Ordumuz Fərrux və Sağsağan dağ silsilələrində mövqe quraraq, Qarabağ iqtisadi rayonunun ətrafındakı təhlükəsizlik halqasını möhkəmlətdi, keçən ilin avqust ayında uğurla keçirilmiş "Qisas" əməliyyatında isə tamamilə qapatdı.
Nəticə etibarilə əldə edilən uğurların ən vacibi Xaçın çayının məcrasının separatçı qüvvələrin vizual nəzarətindən çıxarılması və eyniadlı su anbarının təhlükəsiz fəaliyyətinin bərpası oldu.
1964-cü ildə istifadəyə verilmiş hidroobyekt işğalda olarkən cari təmir işləri aparılmadığı üçün bəndi və köməkçi qurğuları tamamilə yararsız vəziyyətə düşdüyündən, hazırda obyektdə geniş bərpa işləri aparılır.
Vətən müharibəsi zamanı düşmən qüvvələri uzunluğu 940 m, hündürlüyü 44 m olan Xaçınçay su anbarının bəndindən irimiqyaslı təxribat üçün istifadə etməyi planlaşdırırdılar. Onun önündəki çökəkdə qazılan kaponirlərdə yerləşən düşmən artilleriyası yaşayış məntəqələrimizi və təmas xəttini intensiv atəşə tuturdu. İşğalçıların məkrli planına əsasən, cavab zərbələrimizin nəticəsində Ağdamın bir qismi avtomatik olaraq su altında qalmalı, bunun məsuliyyəti isə Azərbaycanın üstünə düşməli idi. Tarix bir daha göstərdi ki, Ağdam istiqamətindən hücuma keçməmək tamamilə düzgün hesablanmış qərar idi...
Həcmi 23 milyon kubmetrə çatan Xaçınçay su anbarı rayonun ən iri su hövzəsidir. Hidroqurğu yenidən tikilməkdə olan Ağdam şəhərinin və ətraf yaşayış məntəqələrinin su təminatında, həmçinin 7000 ha ərazinin suvarılmasında mühüm rol oynayacaq.
Bu materialı da qaçırmayın: Fərruxdan bir il sonra: Fotolar nə göstərir
Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün
Teqlər: Qarabağ Fərrux Xaçınçay