Tramp: "Krım Rusiyanın tərkibində qalacaq!"

      Tramp:    "Krım Rusiyanın tərkibində qalacaq!"
  25 Aprel 2025    Oxunub:314
ABŞ prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində diqqət çəkən açıqlamalar verib.
O, deyib ki, Krım yarımadası Ukrayna münaqişəsinin həllinə dair razılaşmanın bir hissəsi kimi Rusiyadan geri qaytarılmayacaq.

Kiyev və Aİ Krımdan imtina edə bilər - “The New York Times”
“Krım Rusiyanın tərkibində qalacaq!”, - ABŞ dövlət başçısı konkret fikrini açıqlayıb.

Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, Ukrayna lideri Vladimir Zelenski də bu faktı yaxşı anlayır. ABŞ prezidenti xatırladıb ki, yarımada uzun müddət əvvəl Rusiyanın tərkibinə daxil olub.

Amerika lideri sülh prosesindən danışarkən Zelenski haqqında mənfi fikir səsləndirməyib. Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski hakimiyyətdə olduğu müddətdə sülhün əldə edilməsi mümkündür.

Bundan öncə “The New York Times” qəzetində oxşar mövzuda məqalə dərc olunmuşdu. Qeyd edilib ki, Ukrayna və Avropa İttifaq (Aİ) rəsmi Vaşinqtonun təzyiqindən çəkindikləri üçün Krımın ABŞ tərəfindən Rusiya ərazisi kimi tanınması ilə razılaşa bilərlər.

Xatırladaq ki, aprelin 19-da "Bloomberg" agentliyi diqqət çəkən məlumat yaymışdı. Nəşr yazıb ki, ABŞ administrasiyası Krım yarımadasının Rusiya Federasiyasının bir hissəsi kimi qanuni şəkildə tanınmasının mümkünlüyünü istisna etmir. "Tramp və komandası Kiyev ilə Moskva arasında daha geniş sülh sazişinin bir hissəsi kimi belə bir ciddi addım ata bilər",- nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Krım   Rusiya   Tramp  





Xəbər lenti