Daily Mail: Ukraynada müharibə Qərbin işidir

Daily Mail: Ukraynada müharibə Qərbin işidir
  27 Aprel 2025    Oxunub:490
Jurnalist Peter Hitchens "Daily Mail" üçün yazdığı məqalədə Qərb siyasətçilərinin illərdir Ukrayna münaqişəsi ilə bağlı vətəndaşlara yalan danışdığını bildirib.
Materialda o, açıq şəkildə Qərb dövlətlərini Ukrayna münaqişəsini başlatmaqda ittiham edir.

Qeyd olunur ki, "Rusiya tərəfi uzun illərdir ki, NATO-nun genişlənməsinin qarşıdurmaya səbəb olacağı barədə Qərbə xəbərdarlıq edir".

"Onlar (Qərb rəhbərliyinin nümayəndələri) deyirlər ki, təxribat olmayıb. Amma tarixdə nadir hallarda müharibə özü başlayıb, əksəriyyəti qızışdırılıb... Əgər döyüşmək istəməsəydiniz, geri çəkilərdiniz... Biz geri çəkilmədik", - jurnalist yazır.

O, həmçinin qeyd edib ki, Qərbdə Ukrayna münaqişəsi ilə bağlı yalanların miqyası İraq müharibəsi zamanı yayılan dezinformasiya miqyasına çatıb.

Bundan əvvəl ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq Fox News telekanalına bildirmişdi ki, Ukraynanın NATO-ya daxil olması məsələsi müzakirə olunmur.

Səbinə Həsənova
AzVision.az




Teqlər:





Xəbər lenti