BMT: "Qəzzada son bir ayda yarım milyon insan didərgin düşüb"

      BMT:    "Qəzzada son bir ayda yarım milyon insan didərgin düşüb"
  25 Aprel 2025    Oxunub:307
"İsrail-HƏMAS müharibəsi fonunda Qəzza zolağının yalnız üçdə biri fələstinlilərin yaşamaları üçün uyğun şəraitdə qalıb".
Bu ifadələr Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) "X"dəki hesabında diqqətə çatdırılır. Agentlik bildirir ki, sözügedən üçdə bir ərazi də "yaşamaq üçün təhlükəlidir".

"Həddindən artıq dolan sığınacaqlar dəhşətli vəziyyətdədir. Xidmət təminatçıları hamıya çatmaq üçün mübarizə aparırlar. Son resurslar tükənmək üzrədir", - UNRWA vurğulayır.
Üç ölkə Qəzzaya yardımın bərpasına çağırıb

Xatırladaq ki, keçən ay Fələstinin HƏMAS qruplaşması atəşkəs və əsir mübadiləsi üzrə sazişin uzadılması ilə razılaşmayıb, İsrail də cavabən Qəzzaya humanitar yardımın keçidini dayandırıb. Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri birgə bəyanatla İsraili Qəzza zolağına humanitar yardımın keçidinə yenidən icazə verməyə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BMT   Qəzza   müharibə   böhran  





Xəbər lenti