Papa bu gün dəfn ediləcək

Papa bu gün dəfn ediləcək
  26 Aprel 2025    Oxunub:331
Bu gün İtaliyanın paytaxtında Papa Fransisklə vidalaşma mərasimi keçiriləcək.
Xarici KİV-in yaydığı məlumata görə, səhər Vatikandakı Müqəddəs Pyotr meydanı yenidən ziyarətçilər üçün açılıb - məhz burada bir neçə dildə ayin keçiriləcək. Kilsə xidmətini yerli vaxtla saat 9:00-da kardinallar kollegiyasının dekanı Covanni Battista Re başlayacaq.
Mərasimdə bir çox ölkələrin liderlərinin iştirakı gözlənilir. Bir saat yarım davam edəcək ayindən sonra pontifikin cəsədi olan tabut Müqəddəs Pyotr kilsəsinə gətiriləcək, oradan da matəm qəfiləsi başlayacaq.
Dəfn yerinə gedən marşrut Romanın mərkəzindən keçəcək. Qəfilə Venesiya meydanı, Roma Forumu və Kolizeyin yanından keçəcək və günorta vaxtı Santa-Maria-Maggiore kilsəsinə çatacaq. Dəfn mərasiminin özü ictimaiyyətin iştirakı olmadan keçiriləcək. Mərasimi küçədən və şəhərdə quraşdırılmış böyük ekranlardan izləmək mümkün olacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti