Azərkosmos Pakistanın “Supernet Limited” şirkəti ilə anlaşdı

Azərkosmos Pakistanın “Supernet Limited” şirkəti ilə anlaşdı
  25 Aprel 2025    Oxunub:270
Azərkosmos və Pakistanın qabaqcıl texnologiya və rabitə şirkətlərindən biri olan “Supernet Limited” arasında peyk rabitəsi sahəsində əməkdaşlığı nəzərdə tutan Kommersiya Anlaşma Memorandumu imzalanıb.
Memorandum çərçivəsində tərəflər peyk rabitəsi üzrə beynəlxalq bazarlarda birgə fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlıq etməyə, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparmağa razılıq veriblər. Sənədin əsas məqsədi peyk texnologiyaları sahəsində tərəfdaşlıq imkanlarını genişləndirmək, innovativ həllərin tətbiqinə töhfə vermək və tərəflərin birgə kommersiya maraqlarına uyğun fəaliyyət göstərməkdir.

Eyni zamanda, tərəflər gələcək əməkdaşlıq perspektivlərini qiymətləndirmək məqsədilə müəyyən məlumatların mübadiləsini həyata keçirməyi planlaşdırır, bu da layihələrin daha effektiv planlaşdırılması və icrası üçün zəmin yaradacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti