Si Cinpindən süni intellektlə bağlı xəbərdarlıq

   Si Cinpindən süni intellektlə bağlı xəbərdarlıq
  26 Aprel 2025    Oxunub:394
Süni intellekt (Sİ) texnologiyaları görünməmiş imkanlar yaratmaqla bərabər ciddi təhdidlər də yarada bilər.
AzVision.az xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin belə bəyanat səsləndirib.

“Süni intellekt özü ilə görünməmiş inkişaf imkanları, eyni zamanda görünməmiş risklər və problemlər gətirir. Süni intellekt texnologiyaları ilə bağlı müvafiq qanun və qaydaların hazırlanmasını və təkmilləşdirilməsini sürətləndirmək lazımdır”, - Si Cinpin vurğulayıb.

Çinin sədri, həmçinin qeyd edib ki, Sİ texnologiyaları istehsalı və insan həyat tərzini kökündən dəyişəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: SiCinpin     xəbərdarlıq  





Xəbər lenti