Azərbaycan Premyer Liqasının XXXII turunda “Zirə” “Kəpəz”i məğlub edib

Azərbaycan Premyer Liqasının XXXII turunda “Zirə” “Kəpəz”i məğlub edib
  26 Aprel 2025    Oxunub:378
Misli Premyer Liqasının XXXII turunda “Zirə” səfərdə “Kəpəz”i məğlub edib.
AzVision.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub.

Artıq ilk "üçlük"dəki yerini təmin etmiş "Zirə" bu nəticədən sonra 64 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.

Qeyd edək ki, turun daha əvvəl baş tutan “Turan Tovuz” - “Şamaxı” matçı 1:1 hesablı bərabərliklə bitib. Tura aprelin 28-də yekun vurulacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti