Türkiyədə 624 azərbaycanlı ödənişsiz təhsil alır

Türkiyədə 624 azərbaycanlı ödənişsiz təhsil alır
  11 Aprel 2013    Oxunub:1629
Azərbaycandan Türkiyə Təhsil Nazirliyinin xəttiylə ödənişsiz təhsil alan cəmi bir tələbə var
Türkiyədə təhsil alan burslu azərbaycanlı tələbələrin sayı isə 624-dür. Bunlardan 342-si bakalavr, 47-si magistratura, 176-sı aspirantura təhsili alır. 9 tələbə Türkiyə dövlətinin hesabına bakalavr təhsilinə hazırlıq kursu keçir, 50 tələbə isə Türkiyə Türkcəsini öyrənir. Bunlar 19 noyabr 2012-ci il tarixi etibarilə qeydə alınmış rəqəmlərdir.

AzVision.az-ın “Trtazerbaycan.com"-a istinadən verdiyi məlumata görə, Türkiyədə 100 ölkədən 3211 tələbə Təhsil Nazirliyinin xəttiylə dövlət hesabına təhsil alır. Nazirliyin 2012-2013-cü il statistikasına görə, nazirliyin hesabına təhsil alan xarici tələbələrin 2311-i bakalavr, 538-i magistratura, 362-si aspirantura təhsili alır.

Türkiyə Təhsil Nazirliyinin bursuyla təhsil almaq istəyən xaricilər arasında əfqanıstanlılar üstünlük təşkil edir - 742 nəfər. İkinci yeri fələstinlilər (315), üçüncü yeri Qərbi Trakyalılar (149), dördüncü yeri indoneziyalılar (144), beşinci yeri yəmənlilər (107), altıncı yeri pakistanlılar (106), yeddinci yeri mərakeşlilər (93), səkkizinci yeri monqolustanlılar (76) tutur.

Statistikaya görə, Azərbaycandan Türkiyə Təhsil Nazirliyinin bursuyla təhsil alan cəmi bir tələbə var. Məlumata görə, ümumilikdə Azərbaycanda açılan Türkiyəyə aid dövlət məktəblərində isə 110-ü Türkiyə vətəndaşı olmaqla ümumilikdə 1453 şagird təhsil alır. Bunlardan 980-i Bakı Türk İbtidai Məktəbində, 393-ü Bakı Türk Anadolu liseyində, 80-i isə Türkiyə Türkcəsinin Öyrənilməsi Mərkəzində təhsil alır.



Teqlər:  





Xəbər lenti