“Formula-1 Azərbaycan Qran Prisi 2023” marşalları üçün təlim keçirilib

Təlimin nəzəri hissəsində Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.
Praktiki hissədə fövqəladə hadisələr, o cümlədən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.
Qeyd edək ki, martın 11-dən başlayan təlimlər artıq 3-cü dəfədir ki, keçirilir. Nəzəri və praktiki hissələrdən ibarət bu təlimlərdə ümumilikdə 200 nəfərə yaxın marşalın iştirakı nəzərdə tutulub.
“Formula-1 Azərbaycan Qran Prisi 2023” bu ilin 28-30 aprel tarixlərində paytaxt Bakıda keçiriləcək. Yarış müddətində 1471 marşalın iştirakı nəzərdə tutulub.
AzVision.az
Teqlər: Təlim