"Memar Əcəmi" stansiyasında sərnişin qatar yoluna düşüb

"Memar Əcəmi" stansiyasında sərnişin qatar yoluna düşüb
  25 Mart 2023    Oxunub:1042
Metronun "Memar Əcəmi" stansiyasında bir kişi sərnişin stansiya yoluna düşüb.
Bu barədə AzVision.az -a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb: “Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb”.

Məlumatda qeyd edilib ki, aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür: “Nəticədə “Yaşıl xətt” üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.

AzVision.az



Teqlər:





Xəbər lenti