Azərbaycan kubokunun finalı başladı

Azərbaycan kubokunun finalı başladı
  23 May 2014    Oxunub:1229
Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə Azərbaycan kuboku yarışlarının final oyunu – “Qəbələ” və “Neftçi” komandaları arasında görüş başlayıb
FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda nominal ev sahibi olan “Qəbələ”nin heyətində meydana Kamran Ağayev, Rail Məlikov, Marat İzmayılov, Nizami Hacıyev, Viktor Mendi, Luis Hilario Dodo, Lorenzo Ebesilio, Ruslan Tağızadə, İbrahima Niasse, Rafael Santos və Davrovjan Erqaşov çıxıblar.

“Neftçi”nin ilk “11-liyi”ndə isə Saşa Stamenkoviç, Karlos Kardoso, Rəşad Sadiqov, Flavinyo, Cavid İmamverdiyev, Erik Fabian Ramos, Bruno Bertuççi, Samir Məsimov, Məqsəd İsayev, Elvin Yuniszadə və Örnest Nfor yer alır.

Oyunun sonunda azarkeşlər arasında lotereya keçiriləcək.


Teqlər:





Xəbər lenti