KİV: Növbəti tənəzzül 2008-ci ilin maliyyə böhranından daha pis olacaq

      KİV:    Növbəti tənəzzül 2008-ci ilin maliyyə böhranından daha pis olacaq
  28 Mart 2023    Oxunub:1112
Qlobal iqtisadiyyatın qarşıdan gələn tənəzzülünün 2008-ci ildəki qlobal maliyyə böhranından daha çox mənfi nəticələri olacaq. Eyni zamanda, ABŞ dollarından asılı olan ölkələr ən həssas vəziyyətdə ola bilər.
Bu barədə "Al Hadath" xəbər verib. Qeyd olunub ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FRS) rəhbərliyinin əsas uçot dərəcəsini tənzimləməsi dünya kapitalının ABŞ-a yönləndirilməsinin səbəblərindən birinə çevrilib. Eyni zamanda, bəzi iri kredit təşkilatları, o cümlədən Silicon Valley Bank və First Republic Bankın iflası fonunda yerli maliyyə sektorundakı böhranla əlaqədar müəyyən risklər daşıya bilən bir çox şirkət xarici istiqrazları vaxtından əvvəl almağa başlayıb.

"Faiz dərəcəsinin tənzimlənməsi Amerika bankı Silicon Valley Bankın (SVB) müflis olmasının səbəblərindən biri olub. İndi ölkələr üçün ABŞ-ın yeni hökumət və ya bank istiqrazlarını almaq təhlükəlidir, çünki digər banklar da müflis elan oluna bilər. İnkişaf etməkdə olan ölkələr indi ABŞ iqtisadiyyatından uzaqlaşmalıdırlar. Tənəzzül gəlir, demək olar ki, qaçılmazdır və 2008-ci ilin maliyyə böhranından daha pis olacaq".

Məqalə müəllifi inkişaf etməkdə olan ölkələrin hakimiyyətlərinə “dollarizasiya” və “özünü təmin edən” iqtisadiyyatın yaradılması kursunu müəyyən edən Çindən nümunə götürməyi tövsiyə edib. Eyni zamanda, Çin milli valyutadan - yuandan istifadə etməklə tərəfdaş ölkələrlə ticarətdə fəallaşıb ki, bu da inkişaf etməkdə olan ölkələrin digər valyutaları ilə birlikdə qlobal iqtisadiyyatda dolların dominant mövqeyini zəiflədə bilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti