Azərbaycan Ukraynadakı seçkini izləməyəcək

Azərbaycan Ukraynadakı seçkini izləməyəcək
  23 May 2014    Oxunub:913
“Mayın 25-i Ukraynada keçiriləcək prezident seçkisini müşahidə etməyə dəvət olunmamışıq. Ona görə də Milli Məclis deputatlarından Ukraynadakı seçkini izləməyə gedən olmayacaq”. Bu sözləri Milli Məclisin aqrar siyasət komitəsinin üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Eldar İbrahimov deyib.
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli isə bildirib ki, qurum Ukraynada keçirilən prezident seçkisini müşahidə edib-etməmək haqda qərar verməyib: “Hələlik bununla bağlı hər hansı qərar yoxdur”.

Ukrayna Mərkəzi Seçki Komissiyasının Azərbaycana dəvət göndərib-göndərməməsinə gəlincə, Şahin Əsədli bu haqda məlumatının olmadığını deyib. /Media forum


Teqlər:





Xəbər lenti