Daha bir futbol millimizdən böyükhesablı məğlubiyyət: 6-1

Daha bir futbol millimizdən böyükhesablı məğlubiyyət:  6-1
  28 Mart 2023    Oxunub:1200
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.
AzVision.az xəbər verir ki, yığma Bosniya və Herseqovinada Monteneqro ilə qarşılaşıb. Görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin yeganə qolunu 34-cü dəqiqədə Ayşən Salamzadə vurub.

Beləliklə, 2-ci qrupda keçirdiyi 3 oyundan ikisində uduzub, birində qalib gələn yığma seçmə mərhələni 3-cü pillədə başa vurub. Azərbaycan millisi bundan əvvəl Qazaxıstanı məğlub edib (2:0), Bosniya və Herseqvoinaya isə uduzub (0:2).

AzVision.az



Teqlər:





Xəbər lenti