“Birlik Festivalı” adlı layihə həyata keçirilib

“Birlik Festivalı” adlı layihə həyata keçirilib
  10 Mart 2023    Oxunub:494
Tovuz rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Yaradıcı Gənclər" İctimai Birliyi tərəfindən “Birlik Festivalı” adlı layihə həyata keçirilib.
Tədbirdə Tovuz rayonundan olan şəhid və qazi övladları iştirak ediblər. Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən layihə rəhbəri Mircavad Seyfili bildirib ki, layihənin məqsədi post-müharibə dövründə də şəhid və qazi övladlarının diqqətdə saxlanılması, bununla müharibə qəhrəmanlarının və onların övladlarının diqqətdə saxlanılmasını bəyan etmək, uşaqların əyləncəli və səmərəli vaxt keçirilməsinə dəstək vermək və vətənpərvərliyin təbliğ olunmasından ibarətdir.

Daha sonra Tovuz rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək bu cür layihələrin önəmindən söz açaraq qeyd edib ki, şəhid və qazi övladları bu gün cəmiyyətdə həssas və diqqətdə saxlanılması önəmli olan məsələdir. Şəhid və qazi övladları hər zaman sevgi və qayğıyla əhatə edilməlidir.

Daha sonra layihənin proqram rəhbəri Nuranə xanım Şıxəliyeva iştirakçılara ətraflı məlumat verib. Tədbirdə eyni zamanda şəhid ataları və qazilərimiz də çıxış ediblər.

Rəsmi çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. İlk öncə "Virtual Qarabağ" İKT Mərkəzinin istehsal etdiyi "Mübariz İbrahimov" uşaqlar üçün cizgi filmi nümayiş etdirildi. Ardınca iştirakçılar şeir və musiqi parçaları səsləndirdilər. Daha sonra tədbir rəsm müsabiqəsi və intellektual yarışma ilə davam etdirildi. Ardınca Uşaqlar musiqi sədaları altında rəqs edib və müxtəlif növ əyləncəli oyunlarda iştirak ediblər. Qaliblər layihə rəhbəri tərəfindən hədiyyələr və medallarla mükafatlandırılıb.


AzVision.az



Teqlər:





Xəbər lenti